logo
logo logo
logo

Evdən qızılları yoxa çıxan ailə polisə şikayət etdi - Oğul saxlanıldı

17:53 - 28 Noyabr 2026

Evdən qızılları yoxa çıxan ailə polisə şikayət etdi - Oğul saxlanıldı

Bakının Yasamal rayonunda valideynlərinin evindən qızıl-zinət əşyaları və nağd pul oğurlayan şəxs saxlanılıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən M.Kazımlı yaxalanıb.

O, əvvəlcə valideynlərinə məxsus 3000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq lombarda qoyub və pul əldə edib. M.Kazımlı bununla kifayətlənməyərək, valideynləri ilə bir yaşadığı evdən 2000 manat nağd pul, bundan başqa Nəsimi rayonu ərazisində motosikletin üzərində olan iki ədəd - ümumilikdə dəyəri 500 manat olan - dəbilqə oğurlayıb.

Faktlarla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az