Bakıda “BakuBus”a məxsus iki avtobusun iştirakı ilə baş verən qəzanın görüntüləri yayılıb.
Manset.az xəbər verir ki, videoda avtobus sürücüsünün başının telefona qarışdığı və ani diqqətsizliyin qəzaya səbəb olduğu görünür.
Qeyd edək ki, iyunun 24-də baş verən qəza zamanı yeddi nəfər xəsarət alıb.