Motosikletçini döyən “Lexus” sahibinin həbsi məsələsinə DİN-dən REAKSİYA - YENİLƏNDİ (VİDEO)

16:32 - 26 Aprel 2022

Motosikletçini döyən “Lexus” sahibinin həbsi məsələsinə DİN-dən REAKSİYA - YENİLƏNDİ (VİDEO)

“Bakıda yol vermədiyi üçün motosiklet sürücünə güc tətbiq edən Sultan Dadaşovun saxlanılması barədə heç bir məlumat yoxdur”.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Sultan Dadaşovla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma edilib və onunla bağlı qanuni tədbir görülməsi üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

14:24

Bakıda yol vermədiyi üçün motosiklet sürücünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

 

Manset.az APA-a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Sultan Dadaşov inzibati qaydada 25 sutka müddətinə həbs edilib.

 

14:12

Ötən gün Bakıda motosikletçiyə qarşı xuliqanlıq edən Sultan Dadaşov saxlanılıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində inzibati protokol tərtib edilib və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə gün ərzində S.Dadaşov barəsində qərar çıxaracaq. 

 

09:52

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az