Dırmıqla əmisinin başından vurub öldürdü

14:40 - 27 Aprel 2022

Dırmıqla əmisinin başından vurub öldürdü

Qardaşı oğlu tərəfindən dırmıxla vurulan kişi xəstəxanada ölüb.

 

Laçın rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirib. Nəticədə  sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Bahadur İsmayılov şübhəli şəxs qismində tutub, istintaq davam edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az