İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA

11:22 - 19 May 2022

İcra məmuru tərəfindən döyüldüyü deyilən qadınla bağlı AÇIQLAMA

Bakıda qadın vəkilin icra məmuru tərəfindən döyülməsi ilə bağlı açıqlama verilib.

Vəkillər Kollegiyasının Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, yayılan məlumatda adıçəkilən Hüseynbəyli Ülkər Hüseyn qızı adlı şəxs Vəkillər Kollegiyasının üzvü deyil.

Qurum qeyd edib ki, Kollegiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş “fəaliyyət göstərən vəkillərin siyahısı” bölməsindən və ya Vəkillər Kollegiyası Rəyasət Heyəti ilə əlaqə saxlayaraq şəxslərin Vəkillər Kollegiyasının üzvü olub-olmamasını dəqiqləşdirə bilərlər:

“Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırır və sözügedən xəbəri dərc etmiş KİV-ləri məlumatı dəqiqləşdirib yenidən dərc etməyə dəvət edirik”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az