Bakıda minik maşını "Kamaz"la toqquşdu - ölən var

12:40 - 04 İyun 2022

Bakıda minik maşını \"Kamaz\"la toqquşdu - ölən var

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Aqil Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən paytaxt sakini T.Yolçuyevin idarə etdiyi “Kamaz” markalı avtomobilə vurub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, nəticədə A.Məmmədov hadisə yerində ölüb, sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az