Azərbaycanda zəncirvari qəza - Yaralılar var

18:17 - 04 İyun 2022

Azərbaycanda zəncirvari qəza - Yaralılar var

Oğuz rayonunda zəncirvari qəza baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobusla “Toyota Prius” və “Opel” markalı minik avtomobilləri toqquşub.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az