Bakıda ağır yol qəzası - Foto

18:44 - 12 İyun 2022

Bakıda ağır yol qəzası - Foto

Bakıda ağır yol qəzası baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda, Bakı-Ələt-Qazax magistralının Qobustan qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, “Hyundai Elantra” markalı minik avtomobili və “Ford Transit” markalı kiçiktutumlu yük maşını toqquşub.

Bu zaman “Ford Transit” metal arakəsmələrə çırpılaraq aşıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib.

Ölən və xəsarət alanlarla bağlı hələlik dəqiq məlumat yoxdur.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az