ŞOK HADİSƏ: Qatar yolu keçmək istəyən şəxsi vuraraq öldürdü

19:49 - 21 İyun 2022

ŞOK HADİSƏ: Qatar yolu keçmək istəyən şəxsi vuraraq öldürdü

Ucarda ölümlə nəticələnən qəza olub.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu gün qatar dəmir yolunu keçməyə çalıan piyadanı vurub.

Məsələ barədə Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hadisə bu gün saat 11:35 radələrində dəmir yolunun Ucar-Müsüslü mənzilində ölümlə nəticələnən  hadisə baş verib.

Belə ki, qatar Ucar-Müsüslü mənzilinin 236-cı kilometrində hərəkətdə olarkən Göyçayın Bığırlı kənd sakini 1977-ci il təvəllüdlü Akif İbrahimov  dəmir yolunu keçməyə cəhd göstərib:

“Maşinist təcili tormazlama aparsa da hadisə qaçılmaz olub və nəticədə qatar Akif İbrahimovu vurub. O hadisə yerində dünyasını dəyişib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib,  aidiyyəti üzrə araşdırma aparılır”


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az