Xırdalanda güclü yanğın - VİDEO (Yeniləndi)

15:40 - 22 İyun 2022

Xırdalanda güclü yanğın - VİDEO (Yeniləndi)

Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

15:11

Xırdalanda güclü yanğın başlayıb.

 

Manset.az xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az