Gəncədə daha bir qadın əri tərəfindən qətlə yetirilib.
Manset.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub:
"Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Aynurə Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib".
Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.