Zəncirvari qəzada üç avtomobil TOQQUŞDU: Xeyli sayda yaralı var - FOTO

19:15 - 23 İyun 2022

Zəncirvari qəzada üç avtomobil TOQQUŞDU: Xeyli sayda yaralı var - FOTO

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Manşet.az report-a istinadən xəbər verir ki, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mercedes" və "Hundai" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hundai" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az