Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 30 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə, hamam otağının plastikdən ibarət qapısı və 1 ədəd kondisioner yanıb.
Manset.az xəbər verir ki, bu barədə " Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yüksək temperaturdan dəhliz 4 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;