İyulun 12-də saat 15 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini Əhməd Sərdarovun idarə etdiyi “Kia” və Sumqayıt şəhər sakini M.Əbişovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən Ə.Sərdarov orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.