Göyçayda ağır qəza - ÖLƏNLƏR VAR

19:14 - 19 Sentyabr 2022

Göyçayda ağır qəza - ÖLƏNLƏR VAR

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az  apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisində qeydə alınıb. 23-BN-169 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə zamanı iki nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az