Azərbaycanda doğuş zamanı ana və körpəsi ÖLDÜ

10:18 - 17 Oktyabr 2022

Azərbaycanda doğuş zamanı ana və körpəsi ÖLDÜ

Quba rayonunda doğuş zamanı ana və uşaq ölümü baş verib.

 

Manset.az xəbər verir ki, Xaçmaz rayonundan Quba Periontal Mərkəzinə gətirilən Xaçmaz sakini, 1981-ci il təvəllüdlü Pərzad Qasımova dünyasını dəyişib.

İlkin məlumata görə, uşaq xəstəxanaya ölü döllə gətirilib. Ana isə şok vəziyyətində olub.

Mərkəzdən verilən məlumata görə, hamilə qadın ötən gecə ağır vəziyyətdə mərkəzə çatdırılıb. Tibbi yardımlara baxmayaraq, ana və körpəsinin həyatını xilas etmək mümkün olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az