Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az apa-ya istinadən xəbər verir ki, rayonun ərazisində hərəkətə olan “NİVA” markalı minik avtomobili idarəetməni itirib.Nəticədə minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan 3 nəfər müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, qəzaya düşənlər Kəlbəcərdə ermənilər tərəfindən dağıdılmış ərazidə işləməyə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.