Goranboyda mikroavtobus 74 yaşlı kişini vuraraq öldürdü

21:40 - 02 Noyabr 2022

Goranboyda mikroavtobus 74 yaşlı kişini vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub.

Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az