Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq komaya saldı

23:23 - 05 Noyabr 2022

Bakıda 12 yaşlı yeniyetməni avtomobil vuraraq komaya saldı

Bakının Xəzər rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, Qala qəsəbəsində avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Hacıyeva Xədicə Ceyhun qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralıda komatoz vəziyyət müşahidə olunub.

Hadisənin təfərrüatı araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az