Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var - FOTO

11:47 - 06 Noyabr 2022

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var - FOTO

Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.

Manset.az report-a istinadən xəbər verir ki, hərəkətdə olan "Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.

Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az