Masallıda kişi hamilə həyat yoldaşını döydü - FOTO

15:43 - 06 Noyabr 2022

Masallıda kişi hamilə həyat yoldaşını döydü - FOTO

Masallıda kişi hamilə həyat yoldaşını və onun qızına qarşı fiziki zorakılıq törədib. 

 

Manset.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, kişi 5 aylıq hamilə həyat yoldaşını və onun birinci nikahdan olan 13 yaşlı qızını dəfələrlə döyüb. 

Qadın övladı ilə birlikdə Masallıdan Bakıya gələrək sığınacağa müraciət edib. Onlar həkim müayinəsindən keçirilib. 17 həftəlik hamilə olmağına baxmayaraq qadın bugünə qədər ilk dəfə müayinədən keçib. Onun yenidən qız anası olacağı məlum olub. 13 yaşlı qızı müayinəsi zamanı isə həkimlər onun onkoloji xəstəlikdən əziyyət çəkməsindən şübhələnib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az