Azərbaycanda AĞIR QƏZA: Yaralılar var - FOTO

18:18 - 06 Noyabr 2022

Azərbaycanda AĞIR QƏZA: Yaralılar var - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb. Belə ki, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin - Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az