Avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu: Xəsarət alan var - FOTOLAR

21:58 - 06 Noyabr 2022

Avtomobilin qarşısına çıxan at qəzaya səbəb oldu: Xəsarət alan var - FOTOLAR

Oğuz rayonunun Calut kəndi ərazisində ağır yol qəzası baş verib.

 

Manset.az Report-a istinadla xəbər verir ki, Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Tərlan Ələşrəf oğlu Hümmətov idarə etdiyi “KİA” markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Zərbənin gücündən at tələf olub.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1960-cı il təvəllüdlü Mahirə Məsim qızı Məsimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı qadın Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az