Daxili İşlər Nazirliyinin bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, DİN-in bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində xəsarət alıb.
Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib