Bu gün toyu olacaq qız və qohumu salona gedərkən faciəvi şəkildə öldü - FOTO+VİDEO (YENİLƏNİB)

10:59 - 07 Noyabr 2022

Bu gün toyu olacaq qız və qohumu salona gedərkən faciəvi şəkildə öldü - FOTO+VİDEO (YENİLƏNİB)

Yevlaxda avtomobilin aşaraq su kanalına düşməsi nəticəsində daha bir qadının öldüyü məlum olub.

 

Manset.az xəbər verir ki, kanala düşən BMW markalı avtomobilin içərisində olan sərnişinlərdən biri Günay Hüseynovanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, G.Hüseynova bu gün toya hazırlaşan Nuranə Hüseynovanın qohumudur.

 

09:36

Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Belə ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan 1991-ci il təvəllüdlü Qasımov Famil Abbasov oğlu və Hüseynova Nuranə Hümbət qızı dünyasını dəyişib.

Onların meyiti tibbi ekspertizaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi də toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az