Qaxda iki avtomobil toqquşdu: xəsarət alan var (FOTOLAR)

21:35 - 07 Noyabr 2022

Qaxda iki avtomobil toqquşdu: xəsarət alan var (FOTOLAR)

Qaxda iki avtomobil toqquşub.

 

Manset.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində baş verib.

Belə ki, Qax rayon Marsan kənd sakini 1978-ci il təvəllüdlü Məmmədov Səməndər Nəzir oğlu idarə etdiyi minik avtomobili ilə rayonun Baydarlı kənd sakini Əliyev Orxan Hüseyn oğlunun idarə etdiyi minik avtomobili toqquşub. Nəticədə Əliyev Orxan müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az