Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, qəza zamanı ağ rəngli "Mitsubishi" markalı minik maşını yol arakəsmələrinə çırpılıb. Hadisə Masallı-Lənkəran magistral yolunda qeydə alınıb.
Bildirilib ki, hadisəyə yolda sürücünün yuxulaması səbəb olub. Qəza nəticəsində avtomobil yarasız hala düşüb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb.