Bursada yanğın faciəsi - 8-i uşaq olmaqla 9 nəfər həyatını itirdi

09:15 - 09 Noyabr 2022

Bursada yanğın faciəsi - 8-i uşaq olmaqla 9 nəfər həyatını itirdi

Türkiyənin Bursa şəhərinin Yıldırım rayonunda binada yanğın baş verib.

 

Manset.az “Qafqazinfo”ya istindən xəbər verir ki, yanğında 8 uşaq və bir ana həyatını itirib.

Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş həyatını itirən uşaqların 1 ilə 11 yaş arasında olduğunu bildirib.

Bursa valisi Yakup Canbolat yanğının Değirmenönü məhəlləsində müvəqqəti qoruma çərçivəsində suriyalı ailənin yaşadığı evdə çıxdığını qeyd edib.

O, hadisənin yerli saatla 23.52-də baş verdiyini deyib:

“İçəridə 9 cəsəd var. Onlardan 8-i uşaq, biri anadır. 8 uşaqdan 6-sı buradakı ailəyə aiddir, ikisi isə . Ata hadisə zamanı çöldə olub. O, yanğınla mübarizə apararkən tüstüdən təsirlənib. Daha sonra 112 qrupları tərəfindən dövlət xəstəxanasına çatdırılıb. Səhhəti yaxşıdır”.

Vali yanğının baş vermə səbəbinin sobadan qaynaqlanma ehtimalının yüksək olduğunu əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az