Ucarda avtomobil velosipedçini vuraraq öldürdü – FOTO

20:00 - 09 Noyabr 2022

Ucarda avtomobil velosipedçini vuraraq öldürdü – FOTO

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.

Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az