Ehtiyatda olan zabit yol qəzasında öldü- FOTO

23:22 - 19 Noyabr 2022

Ehtiyatda olan zabit yol qəzasında öldü- FOTO

İsmayıllıda ölümlə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində, görmə məhdudiyyətli ərazidə qeydə alınıb.

Sürücü Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobil ilə yolu keçən piyada, 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı piyadanın sərxoş olduğu da müəyyən edilib. 

Məlumata görə,  M.Əhmədov ehtiyatda olan zabitdir. 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az