Abşeron rayonu Novxanı-Binəqədi yolunda baş verən qəzada ölən piyadanın kimliyi məlum olub.
Manset.az xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bu gün saat 20 radələrində 1961-ci il təvəllüdlü Cəfər Məmmədov idarə etdiyi “Sentra” markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub.
Zərbənin təsirindən piyada əks istiqamətdə hərəkət edən avtomobil yoluna düşərək hadisə yerində ölüb.
Qeyd olunub ki, avtobusun sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Novxanı-Binəqədi yolunda ağır yol hadisəsi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata əsasən, yolda hərəkətdə olan Ekarus markalı avtobus yolu keçmək istəyən gənc oğlanə vurub. Nəticədə ağır xəsarət alan oğlan dünyasını dəyişib.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.