Məzuniyyətdə olan hərbçi qəza törətdi - Ölən var

10:36 - 22 Noyabr 2022

Məzuniyyətdə olan hərbçi qəza törətdi - Ölən var

Qusarda ağır yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Hil kəndi ərazisində 1994-cü il təvəllüdlü Hüseynov Tural Tərlan oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə 1993-cü ildə anadan olmuş Kamil Ədilxanovun sürdüyü “VAZ 2107” toqquşub.

Nəticədə K.Ədilxanov aldığı xəsarətlərdən vəfat edib. T.Hüseynov isə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, T.Hüseynov “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur və qəza o, məzuniyyətdə olduğu zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az