DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı

09:10 - 03 Yanvar 2023

DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Baş DYP İdarəsi​ bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

 

Manset.az xəbər verir ki, Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az