Bakıda zəncirvari QƏZA: Yaralılar var - FOTOLAR

08:58 - 05 Yanvar 2023

Bakıda zəncirvari QƏZA: Yaralılar var - FOTOLAR

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində qeydə alınıb. "Toyota Land Cruiser", "Mercedes" və "Khazar" maralı avtomobillər toquşub.

Qəza nəticəsində "Mercedes" markalı avtomobildə olan üç nəfər ağır dərəcəli bədən xəsarətləri alıb. Onların vəziyyətləri ağır qiymətləndirilir. "Toyota Land Cruiser"də olan bir nəfər də xəsarət alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatları araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az