İmişlidə kişi ov zamanı özünü GÜLLƏLƏDİ

09:16 - 06 Yanvar 2023

İmişlidə kişi ov zamanı özünü GÜLLƏLƏDİ

İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Əsədov Babək Bəhram oğlu ov edərkən tüfəngindən açılan atəş onun ayağını yaralayıb.

Yaralı ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az