Bakı-Quba yolundakı qəzada xəsarət alan ana və oğul vəfat etdi - FOTO

09:48 - 06 Yanvar 2023

Bakı-Quba yolundakı qəzada xəsarət alan ana və oğul vəfat etdi - FOTO

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda baş verən qəzada bir ailənin üç üzvü xəsarət alıb.

Manset.az xəbər verir ki, dekabrın 25-i Bakı-Quba yolunun 120-ci km-də, Şabran rayonundan keçən hissəsində “Opel” ilə “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 1968-ci il təvəllüdlü Bayram Cəlal oğlu Həsənov, həyat yoldaşı, 1975-ci il təvəllüdlü Samirə Şamil qızı Əliyeva və oğlu, 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu dünən vəfat ediblər.

Qeyd edək ki, Fariz Bayramoğlunun iki yaşlı qızı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az