Hacıqabulun Meyniman kəndində yaşayan gürcü əsilli 81 yaşlı kişi vanna otağında yıxılaraq ölüb.
Manset.az APA-ya istinadən xəbər verir ki, 1942-ci il təvəllüdlü Lomidze İlinişa Amuşayeviç hamamda ayağı sürüşərək yıxılıb.
Nəticədə kəllə-beyin travması alan həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.