Azərbaycanda yol polisi piyadanı belə vurdu

08:31 - 16 Yanvar 2023

Azərbaycanda yol polisi piyadanı belə vurdu

Xudat-Xaçmaz şossesində yol patrul xidmətinin əməkdaşı qəza törədib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, orta yaşlı kişi yolu keçərkən onu Xaçmaz Şəhər Dövlət Yol Polis şöbəsinin əməkdaşının idarə etdiyi 99-YP-191 dövlət nişanlı "BMW” markalı avtomobil vurub.

 

Yol Patrul Xidmətinin əməkdaşları ağır xəsarət alan piyadanı Bakıdakı Akdemik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb.

 

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az