Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qusarda yerləşən tanınmış "Park Qusar" otelində baş verib.
***
Qusarda 4 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında otel ərazisindəki koteclərdən birində qeydə alınıb.
Yanğın zamanı 4 nəfər - Babayev Emin, Babayev Rauf və Babayeva Zülfiyyə (bir ailənin üzvü) və Babaşov Rüstəm adlı şəxslər ölüb. Digər koteclərdə olan 6 nəfər isə xəsarət alıb.
Polis əməkdaşlarının keçirdiyi təhlükəsizlik tədbirləri nəticəsində faciənin miqyasının genişlənməsinin qarşısı alınıb.
Hadisə yerinə aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.