Azərbaycanda Dəhşətli QƏZA: Maşın körpüdən aşdı - Ölən var

18:35 - 31 Yanvar 2023

Azərbaycanda Dəhşətli QƏZA: Maşın körpüdən aşdı - Ölən var

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ağır yol qəzası baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Nursu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Nursu kənd sakini Xanlar Heydərovun idarə etdiyi "Niva" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin- sürücünün qardaşı arvadı Gülnaz Heydərova ölüb.
Sürücü Xanlar Heydərov ağır bədən xəsarəti alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az