Daha bir möcüzə - 5 nəfərlik ailəsini qarderob asılqanıyla dağıntılar altından xilas etdi (VİDEO)

01:04 - 10 Fevral 2023

Daha bir möcüzə - 5 nəfərlik ailəsini qarderob asılqanıyla dağıntılar altından xilas etdi (VİDEO)

Hatayda kədər, ümid və maraqlı həyat hekayələri birlikdə yaşanır. Zəlzələnin 4-cü günündə axtarış-xilasetmə qrupları dağıntılar altından xilasetmə işlərini davam etdirir. 

 

Manset.az xəbər verir ki, zəlzələnin ən təsirli olduğu vilayətlərdən biri olan Hatayda yaşadıqları bina dağılan Kan ailəsi qarderobun dəmir asqısı sayəsində səslərini eşitdirib və həyatda qalıb. Polis olan ata dağıntılar altında qaldığı yataq otağında tapdığı şkaf dəmiri ilə divarı sındıraraq özünü və 5 nəfərlik ailəsini xilas edə bilib.

Zəlzələ zamanı Cebrail məhəlləsində Hüzur adlandırılan bina dağılıb. 20 nəfərin həyatını itirdiyi binada zəlzələdə ailəsi ilə yatarkən yıxılan İdris Kan yataq otağında aşmış qarderob dəmirlə uzun sürən mübarizə nəticəsində divarı deşən ata səsini çöldəki insanlara çatdırmağı bacarıb.

 
Xilasetmə zamanı kameralara Kan ailəsi ilə bərabər xilasedicilərin də sevincli anları əks olunub.

Jalə

Manşet.az

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az