Bakıda gecə klubunda KÜTLƏVİ DAVA - Kişi onunla rəqs etməyən qadınları döydü

09:52 - 13 Fevral 2023

Bakıda gecə klubunda KÜTLƏVİ DAVA - Kişi onunla rəqs etməyən qadınları döydü

Nəsimi rayonunda yerləşən klubların birində baş verən kütləvi davanın təfərrüatı məlum olub.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, “Hiss” gecə klubunda kişi müştərilərdən biri sərxoş olub.

O, qızlar oturan masaya yaxınlaşıb və onlarla rəqs etmələrini istəyib.

Qızlar ona etiraz ediblər. Nəticədə onlar arasında dava düşüb.

Döyülən qızlardan biri xəstəxanaya yerləşdirilib, üçü isə ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

08:09

Bakının Səbail rayonunda klubda dava düşüb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə "Torqovı" kimi tanınan ərazidə baş verib. "Hiss" klub kimi adlanan iaşə obyektində 1989-cu il təvəllüdlü E.A və onun üç rəfiqəsi döyülərək xəsarət alıblar.

Onlardan E.A-nıın vəziyyəti nisbətən ağırdır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az