Azərbaycanda piyadanı vurub xəstəxanaya çatdırdı

22:38 - 13 Fevral 2023

Azərbaycanda piyadanı vurub xəstəxanaya çatdırdı

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

Manset.az xəbər verir ki,  hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib. Yolu keçmək istəyən piyada, rayonun Boladi kənd sakini - 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub. Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb. Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az