Xaçmazda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

23:28 - 13 Fevral 2023

Xaçmazda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi

Xaçmazda beşmərtəbəli binada yanğın qeydə alınıb.

 

Maset.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Nərimanov Nərimanov küçəsində yerləşən 74 saylı binanın zirzəmisində baş verib.

Yanğından sonra yaşayış binasının bir blokunda tüstülənmə olub. Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təhlükəsizlik qaydalarına görə tüstü dolan blokun sakinləri təxliyyə olunub. Xəsarət alan olmayıb.

Yanğına zirzəmidə yaşayan tüfeyli həyat tərzi sürən şəxsin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az