Xəzərdə zəlzələ baş verdi

22:47 - 14 Fevral 2023

Xəzərdə zəlzələ baş verdi

Xəzər dənizində 3,7 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya Dağıstan Respublikası Elmlər Akademiyasının geofizika xidmətinin rəhbərindən Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinə Xəzərdə seysmik hadisə baş verməsi barədə məlumat daxil olub. Maqnitudası 3,7 bal olan yeraltı təkanlar dənizin 2 km dərinliyində, sahildən 25 km aralıda qeydə alınıb”, - məlumatda deyilir.

Dağıntılar barədə məlumat verilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az