“Eurohome”da oğurluq oldu - Polis hərəkətə keçdi, saxlanılanlar var

18:21 - 15 Fevral 2023

“Eurohome”da oğurluq oldu - Polis hərəkətə keçdi, saxlanılanlar var

"Eurohome” tikinti materialları bazarında oğurluq hadisəsi törətməkdə şübhəli bilinənlər saxalnılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya zərərçəkən Rafiq Ocaqverdiyev bildirib. Onun sözlərinə görə, hadisə fevralın 13-də baş verib: "4 nəfər mənə məxsus mağazadan 3000 min manata yaxın mal oğurlayıb”.

Onun sözlərinə görə, hadisədən dərhal sonra polisə müraciət edib: "Bakı Şəhər Baş Polis İdarəsi Polis müraciətimə operativ reaksiya verərək, əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddət ərzində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Buna görə polislərimizə təşəkkür edirəm”.

Zərərçəkən ona dəymiş zərərin də tezliklə ödəniləcəyinə ümid bəsləyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az