Gəndab-Yalama yolunun Xaçmazın Xudat şəhəri ərazisində baş verən qəzada ölən 3 şəxsin kimliyi bəlli olub.
Manset.az-ın Şimal bürosunun Xaçmaz rayon xəstəxanasından əldə etdiyi məlumata görə,"Mercedes" markalı avtomobillə "Hyundai"markalı avtomobilin toqquşması nəticəsində birincinin sürücüsü, Xaçmazın Köhnə Xudat kənd sakini İslam Hüseyn oğlu Seyidoğlu, sərnişinləri - Xudat şəhər sakinləri Elmar Mehdi oğlu Rəmiyev və Nizami Vahid oğlu Vahidov yerindəcə ölüblər.
Qeyd edək ki, İslam Seyidoğlu Xudat-Bakı marşrutu üzrə taksi sürücüsü işləyib.
Fakta görə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb. //Bizim.Media
***18:17
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” və “Hyundai” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.