Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.