Zəlzələ nəticəsində yaralanan 8 nəfər xəstəxanaya çatdırılıb

23:17 - 20 Fevral 2023

Zəlzələ nəticəsində yaralanan 8 nəfər xəstəxanaya çatdırılıb

Hatay əyalətində baş verən zəlzələdə xəsarət alan 8 nəfər xəstəxanalara yerləşdirilib.

 

Manset.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay deyib.

Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Zəlzələlərdən sonra Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Türkiyədə baş verən güclü zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Eyni zamanda, AFAD-dan vətəndaşlara sahilə yaxın ərazilərdən uzaq durmaq tövsiyə edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az