Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdən 384 saat sonra 90 yaşlı qadın və oğlu xilas edilib.
Manset.az xəbər verir ki, 70 yaşlı Hanifi Akgün və onun 90 yaşlı anası Güllü Akgün yanğınsöndürənlər tərəfindən xilas olunub.
Onlar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Təbii fəlakət nəticəsində 42 mindən çox insan dünyasını dəyişib.